aze eng


ÜM?DLI G?L?C?K G?NCL?R T??K?LATININ PREZ?DENT?ND?N MÜRAC??T
?Hörm?tli Dostlar v? H?mkarlar. Ümidli G?l?c?k G?ncl?r T??kilat? art?q 7 ildir ki Az?rbaycanda f?aliyy?t...



"HUMAY"
Milli Akademiyas?n?n Laureat?




"Heç Bir U?a?? N?z?rd?n Qaç?rmayaq"
Milli ?ctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli G?l?c?k G?nl?r T??kilat? 2008-ci ild?n etibar?n Washington University in St.Louis t?l?b?l?ri üçün r?smi Beyn?lxalq t?crüb? yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET

Ümidli Gələcək Gənclər Təşkilatı 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərinin bir qrup tələbəsi tərəfindən yaradılmış və 1999-cu ilin yanvar ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən QHT kimi qeydiyyata alınmışdır.

Yarandığı gündən Ümidli Gələcək ölkəmizin fəal gənclərini öz ətrafında birləşdirərək demokratik, açıq, sağlam, təhlükəsiz vətəndaş cəmiyyəti quruculuğu, əhalinin zəif təbəqələrindən olan ahıllar, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlərə və s. yardımın göstərilməsi, uşaq və gənclər üçün asudə vaxtın təşkili, mədəniyyət və incəsənətin, təhsilin inkişaf etdirilməsi istiqamətində çalışır.

Ümidli Gələcək Gənclər Təşkilatının fəaliyyət coğrafiyası:
Ümidli Gələcək Təşkilatı müxtəlif ali və orta təhsil məktəblərindən olan 200 nəfərə yaxın gənci birləşdirir. 1999-cu ildə təşkilat regionlarda yaşayıb çalışan gəncləri ictimai işə cəlb etmək və bölgələrdə mövcud olan problemlərin həllində onların iştirakını təmin etmək məqsədilə Mingəçevir, Masallı, Ucar, Göyçay, Zərdab, Qəbələ, Quba, Şəki və Sumqayıt şəhər və rayonlarında öz filiallarını açmış və yerli icma nümayəndələrindən ibarət təşəbbüs qrupları və yeni QHT-lərin formalaşdırılmasına təkan vermişdir. Bununlada Ümidli Gələcək Təşkilatı öz layihə və proqramlarını Azərbaycanın digər şəhər və rayonlara yaymışdır.

MİSSİYA:
Azərbaycanın proqressiv və fəal gənclərini birləşdirərək səylərini sivil, demokratik, açıq, təhlükəsiz və sağlam cəmiyyət qurmağa yönəltməkdir.

Fəaliyyətinin strateji istiqamətləri:
Ümidli Gələcək Gənclər Təşkilatı vətəndaş fəallığı və icma iştirakının inkişaf etdirilməsi və vətəndaş cəmiyyətinin qurulması naminə çalışır. İcmaların və bələdiyyələrin fəaliyyətini dəstəkləmək və yerli inkişafa nail olmaq məqsədi ilə, təşkilat Azərbaycanın müxtəlif şəhər və kəndlərində yerli icmaların bütün maraqlı tərəflərinin birgə iştirakı əsasında təlim-tədris, maarifləndirmə proqramları həyata keçirməklə icma daxilində qadınlar, gənclər və uşaqların rolunu gücləndirməyə çalışır. Ümidli Gələcək gənclər və qadınların ictimai dialoqlarda, dövlət siyasətinin formalaşdırılmasında, qərarların qəbulu prosesində və siyasət aləmində onların fəal iştirakını təmin etmək məqsədilə müxtəlif tədris proqramları təsis edir və liderlik imkanlarının artırılmasına rəvac verir, qadın və gənclər məsələləri ilə məşğul olan bütün maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirir.

Ümidli Gələcək Gənclər Təşkilatının fəaliyyət orqanları:
Müxtəlif problemlərin həllində iştirak etmək üçün Ümidli Gələcək Təşkilatı xüsusi Departamentlər/Şöbələr təsis etmişdir. Hər bir Departament müəyyən maraqlar və problemlər ətrafında gənclər və mütəxəssisləri birləşdirir və onların səylərini müvafiq problemlərin həllinə yönəldir.

Ümidli Gələcək aşağıdakı Departamentlərdə fəaliyyət aparır:



Son x?b?rl?rd?n x?b?rli ol
email
 



Azərbaycanda uşaqların müraciətləri üçün vahid 3-rəqəmli qaynar telefon xəttinə ehtiyac varmı?
 BÉ™li, bu şəhÉ™rlÉ™rdÉ™n, rayonlardan vÉ™ kÉ™ndlÉ™rdÉ™n olan uĹźaqlara öz problemlÉ™ri barÉ™dÉ™ mĂĽraciÉ™t etmÉ™k vÉ™ peĹźakar sosial işçilÉ™r vÉ™ psixoloqlardan yardım almaÄźa kömÉ™k edÉ™cÉ™k.
 UĹźaqların bu qaynar xÉ™ttdÉ™n istifadÉ™ edÉ™cÉ™klÉ™rinÉ™ inanmıram.
 Bu problemi olan uĹźaqların imdadına vaxtında, hÉ™lÉ™ gec olmamış, çatmaÄźa yardımçı ola bilÉ™r.

 BelÉ™ xÉ™ttlÉ™rin heç bir faydası yoxdur.

 Qaynar xÉ™tt AzÉ™rbaycanda uĹźaqların problemlÉ™ri barÉ™sindÉ™ dÉ™qiq mÉ™lumat É™ldÉ™ etmÉ™kdÉ™ kömÉ™k edÉ™ bilÉ™r.



















tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net