Gənclərlə iş
Ümidli Gələcək Gənclər Təşkilatı mütəmadi olaraq uşaqlar və gənclərlə (hər yaş qrupundan olan) çalışıb, ancaq hazırda UNİCEF və ATƏT-in Bakı ofisinin dəstəyi sayəsində birbaşa olaraq qanunla münaqişədə olan və ya bununla bağlı xüsusi risk altındakı uşaq və gənclərlə mütamadi reabilitasiya işi aparır. Bizim əsas məqsədimiz qanunla ziddiyyətdə olan uşaqları pis yoldan çəkindirmək, onlar arasında profilaktik tədbirlər təşkil etmək və bu həyatda uğur qazanmasına yardım etməkdir. Buna nail olmaqla biz icmalarımızı istənilən cinayətkar davranışdan müdafiə edə bilər və uşaqlarımızın şən və sağlam, cəmiyyətimizin isə parlaq gələcəyini təmin edə bilərik.
Bizə necə kömək edə bilərsiniz? – cəlb olunma
Könüllü olaraq:
- Fandreyzinqin təşkili
- Uşaqlar, gənclər və böyüklərlə birgə bizim tədbirlərdə iştirak etmək
- Uşaqlara hekayələr oxumaq, uşaqlar və böyüklər üçün seminar və mühazirələr keçimək
- Uşaqlarla müxtəlif oyunlar təşkil etmək
Əgər Siz hər hansı şirkət, mağaza və ya digər kiçik, orta və ya iri biznes idarə edirsinizsə, bir illik xeyirxah əməllərinizi
bizim vasitəmizlə gerçəkləşdirə bilərsiniz. İstədiyiniz ərazidə, şəhər və kənddə, idarə və müəssisədə Şən İdman Avtobusunu dəvət
etməklə müxtəlif tədbirlər keçirə bilərsiniz.
Bizim ehtiyaclarımız:
Nəğd pul – bu həll olunması ən çətin hesab edilən məsələlərdən biridir. Biz sizin maliyyə dəstəyinizə ehtiyac duyuruq.
Şən İdman Avtobusu vasitəsilə uşaqlara, gənclərər və, ümumiyyətlə, icmalara göstərdiyimiz xidmətləri davam etdirmək üçün
bizə hər il təqribən
10.000 AZN gərəkdir. Bu vəsaitin hesabına biz 10-dan artıq şəhər və rayonda 3.000-dən artıq uşaq, gənc və
icma üzvlərini
əhatə edə bilərik.Donor olmaq və ya bizə maliyyə yardımı etmək istəyirsinizsə, zəhmət olmasa, aşağıdakı blankı bizim e-mail
ünvanımıza göndərin və biz sizə bu prosesi tamamlamaq üçün köməklik göstərəcəyik.
Adınız …………………………………………………………………………………………………
Ünvan………………………………………………………………………………………………….
Poçt kodu …………………………
Telefon………………………………………………………………………………………………...
Emailiniz………………………………………………………………………………………………
Mən bir dəfəlik olaraq (hər ay, hər rüb və ya hər il) Şən İdman Avtobusuna _____ AZN məbləğində pul köçürmək istəyirəm.
Şən İdman Avtobusu
Nizami küçəsi 117, AZ-1010,
Bakı, Azərbaycan Respublikası
Tel/Fax: 994-12-493-21-42,
Təşəkkür edirik!
Şən İdman Avtobusuna Sponsorluq (Maliyyə yardımı) blankı
Şəkillər
Uşaqların, xüsusilə də qız uşaqlarının idmana cəlb edilməsi, UNİCEF, British Council, UK Sport









Ucqar kəndlərdə uşaqların asudə vaxtının təşkili və icma səfərbərliyi, PEPSİ Şirkəti
