Uşaqlarin müdafiәsi vә uşaq hüquqlarinin tәbliği sahәsindә “heç bir uşaği nәzәrdәn qaçirmayaq” milli ictimai mükafatin Tәqdimati keçirilib
“Heç bir uşağı nәzәrdәn qaçırmayaq” mükafatının tәqdimatı keçirilib. Bu Uşaq hüquqları üzrә
Azәrbaycan QHT Alyansı ilә Ailә, Qadın vә Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinin birgә
layihәsidir.
“Heç bir uşağı nәzәrdәn qaçırmayaq” Milli İctimai Mükafatı Uşaq Hüquqları üzrә Azәrbaycan
QHT Alyansı tәrәfindәn tәsis edilib. Mükafat artıq dördüncü ildir ki, uşaq hüquqlarının tәbliği
vә müdafiәsi sahәsindә fәaliyyәti ilә seçilmiş qurum vә şәxslәrә tәqdim olunur. Mükafatın
tәsis edilmәsindә mәqsәd uşaqlar üçün vә uşaqlarla işlәyәn tәşkilat vә şәxslәrin fәaliyyәtini
qiymәtlәndirmәk, cәmiyyәtin diqqәtini onların işinә yönәltmәkdәn ibarәtdir. Tәsisçilәr
mükafatın qaliblәrini müәyyәnlәşdirmәk üçün әhali vә Alyans üzvlәri arasında sorğu
keçiriblәr.
Tәdbirdә 7 nominasiya üzrә mükafatlandırma oldu. Uşaq hüquqlarının müdafiәsi sahәsindә
gördüyü әvәzsiz işlәrә görә ilin admı nominasiyası üzrә qalib prezident İlham Әliyev seçilib.
Digәr mükafatlar isә uşaq hüquqlarının müdafiәsi sahәsindә fәaliyyәtlәri ilә seçilәn qurum vә
şәxslәrә verildi.
Mükafat alan Ailә, Qadın vә Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinin sәdri Hicran
Hüseynova uşaqları tәbrik edәrәk , uşaqların müdafiәsi istiqamәtindә görülәn işlәrdәn vә
uşaq problemlәrinin hәllindә dövlәtin qayğısından danışdı. Qeyd edәk ki, mükafat tәqdim
olunan qurum vә şәxslәr sorğu nәticәsindә seçiliblәr.
Əlavə məlumat üçün:
117, Nizami küçəsi, Bakı, AZ1010
Tel: 493-21-42
E-poçt: nzseidov@yahoo.com